Gəncədə minik maşını avtobusa çırpılıb, xəsarət alan var

  • Müəllif: Firuzə
  • 15 Yanvar 2026 19:59

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun xəbərinə görə, şəhər ərazisində “Chevrolet” markalı minik maşını sərnişin avtobusuna çırpılıb. Nəticədə minik maşınının sürücüsü 2006-cı il təvəllüdlü R.Süleymanov xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info