İsrail Hizbullaha məxsus hədəflərə zərbə endirdi

  • Müəllif: Firuzə
  • 15 Yanvar 2026 22:01

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Suxmur və Yoxmur şəhərlərində Hizbullaha məxsus hərbi hədəfləri məhv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Əl-Cədid” telekanalının məlumatında deyilir.

Bildirilib ki, həmçinin Bekaa vadisinin qərbindəki Məşqərə şəhərinə iki aviazərbə endirib. Mülki şəxslər arasında itkilər barədə heç bir məlumat verilməyib.

Gununsesi.info