İstanbuldan Tehrana uçan təyyarə təcili eniş etdi

  • Müəllif: Firuzə
  • 01 Fevral 2026 10:38

Istanbuldan Tehrana uçuş həyata keçirən sərnişin təyyarəsi Ankaranın Esenboğa Hava Limanına təcili eniş edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat verilib.

Bildirilib ki, İstanbulun Sabiha Gökçen Hava Limanından İranın paytaxtı Tehrana uçan “Boeing 737” təyyarəsi Kırşehir üzərində təcili vəziyyət elan edib.

Təyyarə Ankara Esenboğa Hava Limanına eniş edib.

Hadisənin təfərrüatları ilə bağlı açıqlama verilməyib.

Gununsesi.info