Duman günün ikinci yarısından çəkiləcək

  • Müəllif: Firuzə
  • 19 Fevral 2026 09:10

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Bildirilib ki, günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.

Gununsesi.info