Qurban Qurbanovun İngiltərədə mətbuat konfransı olmayacaq

  • Müəllif: Orxan
  • 20 Fevral 2026 14:11

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Nyukasl Yunayted”- “Qarabağ” qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda baş tutacaq. 

Gununsesi.info xəbər verir ki, Ağdam klubunun media nümayəndələri üçün açıq məşqi fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Nyukasl Yunayted” – “Qarabağ” oyunu fevralın 24-də İngiltərədə, “St James Park” stadionunda, Mərkəzi Avropa Vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) start götürəcək.

Gununsesi.info