3 yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO

  • Müəllif: Firuzə
  • 01 Mart 2026 11:55

Gəncə şəhəri Eminbəyli küçəsində 3 yaşlı uşağın barmaqları dəmir qapı arasında qalıb.

Gununsesi.info xəbər verir ki, təhlükəli vəziyyətin yaranması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə uşağın barmaqlarını dəmir qapıdan çıxararaq xilas ediblər.

Gununsesi.info