İsfahanda aviasiya kollecinə hava hücumu oldu

  • Müəllif: Firuzə
  • 12 Mart 2026 10:37

İranın İsfahan şəhərində yerləşən aviasiya kolleci hava hücumuna məruz qalıb. 

Gununsesi.info  xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində şəhər daxilində partlayış səsləri eşidilib, səmada hərbi təyyarələr görünüb.

Mümkün zərər və ya zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Gununsesi.info