“Təcavüzün davam etdiyi, regiona hərbi qüvvə və texnika göndərildiyi bir vaxtda danışıqlar aparmaq istəyi amerikalıların davranışları ilə sözlərindəki ziddiyyətin göstəricisidir”.
Bildirilib ki, telefon danışığında regiondakı proseslər, habelə ABŞ və İsrailin İrana qarşı davam edən hərbi təcavüzünün nəticələri barədə fikir mübadiləsi aparılıb.
Hakan Fidan bəzi region ölkələri ilə məsləhətləşmələrinin davam etdiyinə toxunaraq Türkiyənin müharibənin dayandırılmasına kömək etmək üçün səylərini davam etdirəcəyini vurğulayıb.












