İranda su anbarına hava hücumu oldu

  • Müəllif: Firuzə
  • 29 Mart 2026 00:11

ABŞ və İsrail ordusu İranın Həftgəl şəhərində 10 min kubmetrlik su anbarına zərbələr endirib.

Gununsesi.info  xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Bildirilib ki, su anbarı hava hücumuna məruz qalıb, ölən və yaralanan olmayıb.

Qeyd olunub ki, səhər saatlarında ABŞ ilə İsrail ordusu Həftgəl teleradio qülləsini də atəşə tutub.

Gununsesi.info