Pezeşkiandan Trampın hədəsinə cavab

  • Müəllif: Firuzə
  • 03 Aprel 2026 20:53

Bütöv bir milləti daş dövrünə qaytarmaq təhdidi hərbi cinayətdən başqa bir məna kəsb edirmi? Məhz bu sualı mən hüquqşünas olan finlandiyalı həmkarıma ünvanladım. Tarix cinayətkarların qarşısında susduqları üçün ağır bədəl ödəyənlərin nümunələri ilə doludur.

Gununsesi.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian X hesabında yazıb.

Qeyd edək ki, daha öncə Donald Tramp İranı “daş dövrünə” qaytarmaqla hədələyib.

Gununsesi.info