Hava kəskin dəyişir

  • Müəllif: Firuzə
  • 04 Aprel 2026 09:13

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə şənbə günü bəzi bölgələrdə intensiv yağış və güclü külək gözlənilir. Bakıda və Abşeron yarımadasında səhər saatlarından başlayaraq yağıntı proqnozlaşdırılır.

Gununsesi.info  xəbər verir ki, paytaxtın müxtəlif ərazilərində yağışın güclənəcəyi və şimşək çaxacağı ehtimalı var. Gün ərzində şimal-qərb küləyi arabir güclənəcək, havanın temperaturu isə 16 dərəcəyə qədər yüksələcək.

Bölgələrdə isə hava şəraiti qərb istiqamətindən başlayaraq yağıntılı keçəcək. Xüsusilə şərq rayonlarında yağışın güclü olacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı da var. Qərb küləyinin sürəti bəzi bölgələrdə artacaq.

Temperatur rayonlarda gecə 8-12°, gündüz 15-19° isti təşkil edəcək. Dağlarda isə havanın temperaturu gündüz saatlarında belə şaxtalı olacaq. Belə ki, dağlıq rayonlarda gecə 2-6°, gündüz isə 0-2° şaxta müşahidə ediləcək.

Gununsesi.info