Quldurluq etdi, evindən “kalaşnikov” çıxdı - FOTO

  • Müəllif: Firuzə
  • 06 Aprel 2026 12:27

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Göygöl, Daşkəsən və Goranboy rayonlarında quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə və digər cinayətlərə görə məhkum olunmuş 52 yaşlı Şahvələd İmanov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, şübhəli şəxsin yaşadığı evdə aparılan baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd ona aid daraq və sursat aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.

Quldurluq etdi, evindən "kalaşnikov" çıxdı

Gununsesi.info