Paşinyan Qarabağ erməniləri üçün 240 milyonluq borca girir

  • Müəllif: Orxan
  • 24 Aprel 2026 11:47

Ermənistan hökuməti Qarabağdan köçmüş şəxslərin mənzil probleminin həlli məqsədilə xaricdən 240 milyon dollar kredit götürəcəyini açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, tənqidçilər hesab edir ki, seçki ərəfəsində atılan bu addımla Nikol Paşinyan hökuməti Qarabağdan olan qaçqınların rəğbətini qazanmağa çalışır.

Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, Qarabağ mənşəli seçicilər, əslində, Paşinyanın tərəfdarı deyillər.

Lakin ekspertin qənaətinə görə, məhz revanşistlərin hakimiyyətə gəlməsi ilə yarana biləcək yeni müharibə təhlükəsi seçicilərin xeyli hissəsini, Paşinyanı sevməsələr belə, onun ətrafında birləşməyə məcbur edir.

Gununsesi.info