“Köçəryan hakimiyyətə gələrsə, Azərbaycana qarşı müharibəyə başlayacaq”

Ermənistanın sabiq prezidenti Robert Köçəryan seçki kampaniyası zamanı 44 günlük müharibə dövründə İrana aid mühüm açıqlama verib.

O bildirib ki, həmin vaxt Ermənistana silah və sursat daşınması üçün hava məkanını açan yeganə ölkə İran olub.

Köçəryan həmçinin qeyd edib ki, bölgədə artan gərginlik səbəbindən Tehran artıq NATO ölkələrinə məxsus yüklərə hava məkanını bağlaya bilər və bu, Ermənistanın hərbi təminatında ciddi çətinlik yaradır. 

Gununsesi.info-ya danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə məsələyə belə münasibət bildirib:

“Bəli Ermənistanın eks-prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan 44 günlük müharibədə Ermənistana silahların İran vasitəsilə həyata keçirildiyini qeyd etdi. Bununla birdaha aydın oldu ki, İran Ermənistana silah ötürülməsində birbaşa iştirak edib. Qeyd edim ki, Fransa Ermənistana silah verir. R. Köçəryanın dediyindən belə nəticəyə gəlmək olur ki, özü hakimiyyətə gələrsə, yenidən Azərbaycana qarşı müharibəyə başlayacaq və Fransadan silahları İran vasitəsilə ala bilməyəcək. Çünki, Fransa NATO üzvü olduğu üçün. Amma, Rusiya dəniz vasitəsilə İrana silahlar gətirir və quru yolla İrandan Ermənistana daşınır.

Siyasi şərhçi əlavə edib ki, R. Koçaryanın hakimiyyətə gəlməsində İran maraqlıdır.

“R. Köçəryan da burada İrana reveranslar edir. R. Köçəryan bununla demək istəyir ki, Ermənistan yenidən Azərbaycana hücum edərsə, İran yenidən silah ötürülməsini təmin edəcək. R. Köçəryan hələ də 90-ci illərin eyforiyasinda və ölkəsini Rusiyanın istəyi ilə müharibəyə sürükləmək istəyir. Hələ bilinmir İranda hakimiyyət qalacaq ya yox. Proseslər onu göstərir ki, R. Köçəryan , Tehran və Moskva üçbucağı baş tutmayacaq”.

 

Şəbnəm Rəhimova

Gununsesi.info