Fars agentliyinin yaydığı məlumata görə, İran ABŞ ilə danışıqların bərpası üçün beş şərt irəli sürüb.
Şərtlər arasında bütün cəbhələrdə, xüsusilə Livanda müharibənin dayandırılması, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin blokdan çıxarılması, müharibənin vurduğu ziyana görə təzminat ödənilməsi və Tehranın Hörmüz boğazı üzərində suverenlik hüququnun tanınması yer alıb.
Gununsesi.info–ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltanın sözlərinə görə, ABŞ İranla bağlı danışıqları Tehran hakimiyyəti ilə deyil, rəsmi Pekinlə aparmağa üstünlük verir:

“Vaşinqton hesab edir ki, İranla birbaşa müzakirələr nəticə vermir. Buna görə də məsələnin Çin vasitəsilə müzakirəsi daha məqsədəuyğun sayılır. Çünki Pekinin İrana təsir imkanlarının daha geniş olduğu düşünülür.
Tərəflər arasında mümkün razılaşmada iqtisadi amillərin də mühüm rol oynaya biləcəyi ehtimal edilir”.
Şəbnəm












