Pensiyalarla bağlı qərar verildi

Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq.

Bu barədə Gununsesi.info-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

 

Gununsesi.info