Ağ Evin rəsmi sosial media hesabında prezident Donald Trampın şəkli paylaşılıb və ABŞ düşmənlərini “məhv edib” yazılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Amerika liderinin fotoşəklinin olduğu çərçivədə belə yazılıb:
“Prezident Donald Tramp tərəfindən zərərsizləşdirilən Amerika düşmənləri”.
Şəkildə Prezident Nikolas Maduro, İranın keçmiş ali lideri Əli Xamenei , İŞİD lideri Əbu Bilal əl-Minuqi və Raul Kastronun portretləri verilmişdir.
Onların hər birinə “həbs edilmiş”, “ləğv edilmiş” və “ittiham olunmuş” statusu verilmişdir.
Ağ Evin paylaşımının altında həmçinin “Ədalət zəfər çalacaq” yazılıb.
Maqsud











