“Bakı-Tbilisi qatar reysinin açılması açılması ilə real vəziyyətin dəyişməsi mümkün deyil, çünki Gürcüstanla sərhədi pandemiyadan əvvəl hər gün minlərlə insan keçirdi və onların əsas hissəsini sərhədyanı ərazilərdə yaşayanlar təşkil edirdilər”.
Gununsesi.info bildirir ki, bunu iqtisadçı İsmayıl Qaşqay deyib:

“Həftə ərzində sərhədi dəfələrlə keçən, xırda ticarətlə məşğul olan və bazarlıq edən yerli əhali üçün dəmiryolunun açılmasının faktiki faydası sıfıra yaxındır
Lakin məsələnin başqa tərəfi də var. Qonşu ölkələrdən fərqli olaraq, Azərbaycanda özəl aviaşirkət mövcud deyil, ucuz reyslərdən isə söhbət gedə bilməz. Ölkəyə daxil olmasına icazə verilən xarici aviaşirkətlərin də hansı şərtlər altında işlədiyini təxmin etmək çətin deyil. Əhalinin təlabatının çox olduğu əsas istiqamətlərə, xüsusən Naxçıvana, Tbilisiyə, Mahaçqalaya, Türkiyənin yaxın şəhərlərinə yerli özəl aviadaşıyıcının işləməsi iqtisadi baxımdan sadə bir məsələdir. Quru sərhədlərinin açıq olması halında belə, həmsərhəd ölkələrin şəhərləriylə ucuz təyyarə reyslərinin olması zərurətdir
Amma bütün bu faktorlara baxmayaraq, iqtisadiyyat üzərində absurd və total monopoliya bu barədə hətta düşünməyə belə imkan vermir. İnsanlar elementar iqtisadi hüquq və azadlıqlardan da məhrum ediliblər və hazırda hökm sürən sükutun razılıq əlaməti olması barədə düşüncələr kökündən səhvdir. Minimal iqtisadi azadlıqların olmamasının nəticəsində artıq bu ildən etibarən özəl sektor sürətlə çökməyə, insanlar isə kütləvi işsizliyə məruz qalırlar”.
Günay











