Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Rvampare şəhərində yerli sakinlər Ebola xəstələrinin müalicə olunduğu mərkəzi yandırıblar.
Gununsesi.info bu barədə xarici mediaya istinadən məlumat verir.
Bildirilir ki, səyyar xəstəxana Eboladan ölən gəncin qohumları tərəfindən yandırılıb və cəsədinin buraxılması qadağan edilib.
Səhiyyə rəsmiləri cəsədi görməkdən imtina etdikdən sonra ailə üzvləri müəssisəyə əşyalar atıblar və nəticədə iki xəstəxana çadırı yanıb.
Hadisənin baş verdiyi İturi əyaləti yeni Ebola epidemiyasının mərkəzinə çevrilib. Səhiyyə rəsmiləri mərhumların cəsədlərinin yoluxucu ola biləcəyi barədə xəbərdarlıq edirlər. Lakin antivirus qaydaları yerli dəfn mərasimləri ilə ziddiyyət təşkil edir və bu da bölgədə etirazlara səbəb olur.
Maqsud












