Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkiləri ilə bağlı seçki bülletenlərinin sayılmasını davam etdirir.
Gununsesi.info xəbər verir ki, indiyə qədər 1924 seçki məntəqəsi (2006 seçki məntəqəsi var – red.) üzrə nəticələr müəyyənləşib.
Hazırda səslər belədir:
Mülki Müqavilə (Nikol Paşinyanın partiyası) — 50,04%
Güclü Ermənistan (Rusiyalı oliqarx Samvel Karapetyanın partiyası) — 23.33%
“Ermənistan” Bloku (Robert Köçəryanın bloku) — 9.85%
Çiçəklənən Ermənistan (Qagik Çarukyanın partiyası) — 3.98%.
Qeyd edək ki, Ermənistanda 7 iyunda baş tutan parlament seçkilərində 18 siyasi qurum (16 partiya və iki blok) iştirak edib.
***
Ermənistan Mərkəzi Seçki Komissiyasının bütün seçki məntəqələrindəki səslərin sayılmasından sonra Mülki Müqavilə Partiyası səslərin 49,81%-ni toplayıb.












