Şahbuzun Kükü kəndinə dolu yağıb

Şahbuz rayonunun Kükü kəndində qısamüddətli dolu müşahidə olunub.

Gununsesi.info-nun məlumatına görə, yağan dolunun diametri təxminən 1 santimetr olub.

Yağıntı cəmi 4 dəqiqə davam etsə də, kənd ərazisində dolu dənələri aydın şəkildə müşahidə edilib.

Hazırda ərazidə hava şəraiti sabitdir.

Qeyd edək ki, iyunun 7-də bu kəndə düşən dolunun diametri 5 millimetr olub.(Report)

Gununsesi.info