İran Prezidenti Məsud Pezeşkian Pakistana birgünlük dövlət səfərinə gedib.
Gununsesi.info PTV-yə istinadən xəbər verir ki, İran liderini ölkənin xarici işlər naziri Abbas Əraqçi müşayiət edir.
Səfərin gündəliyinə Tehran və İslamabad arasında ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi, eləcə də ABŞ-İran münaqişəsinin həlli istiqamətində Pakistanın vasitəçilik səyləri ilə bağlı məsləhətləşmələr daxildir.












