Cəbrayılda məktəbli vəfat etdi - FOTO

Cəbrayıl rayonunun N. Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin IV sinif şagirdi Nihad Fidayət oğlu Əhmədov vəfat edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə məktəbin rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, Nihad Əhmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

“Məktəbimizin IV sinif şagirdi Əhmədov Nihad Fidayət oğlu uzunsürən xəstəlikdən sonra vəfat edib. Allah rəhmət eləsin! Valideynlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik”, – paylaşımda qeyd olunub.

Gununsesi.info