İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə İsrail arasında, o cümlədən İran məsələsində siyasi fikir ayrılığının olmadığını bildirib.
Gununsesi.info xəbər verir ki, Benyamin Netanyahu bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“ABŞ və İsrail arasında fikir ayrılığı olduğunu düşünmürəm”, – deyə o bildirib.
Netanyahu qeyd edib ki, İsrail Vaşinqtonun etibarlı müttəfiqidir və iki ölkə bir çox məsələdə eyni mövqedən çıxış edir.
Baş nazirin sözlərinə görə, İranla bağlı da tərəflərin məqsədləri üst-üstə düşür.
“Biz İranın nüvə silahı proqramından imtina etməsini istəyirik. Zənginləşdirilmiş materialın ölkədən çıxarılmasını və uranın zənginləşdirilməsi obyektlərinin sökülməsini istəyirik. Bu və digər məsələlərdə ortaq məqsədlərimiz var”, – deyə Netanyahu vurğulayıb.












