Məşhur azərbaycanlı sənətşünas İradə Berq vəfat etdi - FOTO

Məşhur azərbaycanlı sənətşünas və Sankt-Peterburq Yazıçılar İttifaqının üzvü İradə Berq 53 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə şəhərin Mədəniyyət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“İradə Tofiq qızı Berq (Vovnenko) vəfat edib. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Xatirəsi həmkarlarının, dostlarının və yaradıcılığına toxunan hər kəsin qəlbində yaşayacaq”, – deyə məlumatda bildirilib.

İrada Berqin ölüm səbəbi və vida mərasimi ilə bağlı hələlik məlumat açıqlanmayıb.

Qeyd edək ki, İradə Berq 5 yanvar 1973-cü ildə Sankt-Peterburqda memar və riyaziyyatçı Tofiq Həsənovun ailəsində anadan olub. Atası Tofiq Həsənov çoxuşaqlı ailədə böyüyüb və valideynlərini erkən yaşlarında itirdikdən sonra uşaq evində tərbiyə alıb. O, Bakı Politexnik İnstitutunu bitirdikdən sonra təhsilini Leninqradda (indiki Sankt-Peterburq) davam etdirib və burada ailə qurub.

Gununsesi.info