Vətəndaşlar KATV1-dən narazıdır: "Şikayətlərimizə cavab verilmir"

Son vaxtlar sosial şəbəkələrdə KATV1-in xidmətindən narazılıq edənlərin sayı artıb.

Gununsesi.info bildirir ki, vətəndaşlar internetin işləmədiyini, qaynar xəttə zənglərin cavabsız qaldığını bildirirlər.

Bu cür şikayətlər “Facebook” sosial şəbəkəsində də paylaşılır.

“KATV”-dən müştəriyə maraqlı cavab - FOTO

İstifadəçilərdən biri yazır:

“KATV1-dən şikayətim var. İnternet işləmir. Saytlarına yazıram, cavab verən yoxdur. Qaynar xəttə zəng edirəm, cavab vermirlər. Müştərilər şikayətlərini necə çatdırsın? İyulun 5-i səhərdən internet yoxdur. 127 nömrəsinə zəng edirəm, cavab verən yoxdur. Niyə bu provayder barədə tədbir görülmür?”

Başqa bir istifadəçi isə narazılığını belə ifadə edib:

“KATV1 ləğv olunsun, siz də rahatlayın, biz də. İnternet yoxdur. Bu işi bacarmırsınızsa, görməyin. Şikayətlərə baxın, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.”

Onu da qeyd edək ki, İstifadəçi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məsələ ilə bağlı tədbir görülməsini və vətəndaşların şikayətlərinə baxılmasını istəyib.

 

 

Günay

Gununsesi.info