Son illər dünyanın müxtəlif bölgələrində problemlərlə üzləşən 600-ə yaxın Azərbaycan vətəndaşının yeri müəyyənləşdirilərək onların ölkəyə qaytarılması təmin olunub.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə keçirilən mətbuat konfransında söyləyib.
Nazir bildirib ki, Azərbaycan vətəndaşları xarici ölkələrə səfər edərkən risk amillərini nəzərə almalı, rəsmi qurumlarınınxəbərdarlıqlarına əməl etməlidirlər.
C.Bayramov bəzi xarici ölkələrdəki hərbi münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.
“Bir daha xatırlatmaq istərdik ki, xarici ölkələrdə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan qanunvericiliyinə ziddir. Hətta bu cür hallar Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə də nəticələnə bilər”.










