Lantratova Ukrayna ilə yeni bir məhbus mübadiləsi elan etdi

  • By Admin2
  • 08 İyul 2026 14:42

Rusiya və Ukrayna arasında yeni hərbi əsir mübadiləsi tezliklə başlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın İnsan Hüquqları üzrə Komissarı Yana Lantratova bildirib.

Onun sözlərinə görə, hazırda əsirlərin mübadiləsini sürətləndirmək üçün işlər görülür.

Lantratova həmçinin aydınlaşdırıb ki, Ukraynada əsirlikdə olan Kursk bölgəsindən olan bütün mülki şəxslər evlərinə qayıdıblar. Lakin bəziləri hələ də itkin düşüb.

Maqsud

Gununsesi.info