Natiq Cəfərli: Dünya Bankı nümayəndəsinin turizmlə bağlı fikirləri səsləndirdiyimiz təkliflərlə üst-üstə düşür

  • By Admin2
  • 09 İyul 2026 16:32

İqtisadçı Natiq Cəfərli Azərbaycanın turizm potensialına həsr olunan tədbirlə bağlı fikirlərini bildirib.

Gununsesi.info-nun xəbərinə görö, o bildirib ki, tədbirdə iştirak edən Dünya Bankının özəl sektor üzrə baş mütəxəssisi Şon Mann regionlarda turizm marşrutlarının yaradılması, kiçik hotellərin, ailə tipli qonaq evlərinin, restoranların və bələdçi xidmətlərinin inkişafının vacibliyini vurğulayıb.

Cəfərlinin sözlərinə görə, o, oxşar təklifləri hələ 2020-ci ildə və ondan əvvəl də səsləndirib.

İqtisadçı həmin dövrdə verdiyi müsahibələrdə yüksək qiymətli hotellərlə yanaşı, regionlarda münasib qiymətli ailə tipli qonaq evlərinin və kiçik hotellərin inkişaf etdirilməsinin, bu sahəyə vergi güzəştlərinin tətbiq olunmasının daxili turizmin canlanmasına töhfə verəcəyini qeyd etdiyini xatırladıb.

Natiq Cəfərli hesab edir ki, Dünya Bankı nümayəndəsinin səsləndirdiyi fikirlər illərdir irəli sürdüyü təkliflərlə üst-üstə düşür və bu istiqamətdə yerli ekspertlərin rəylərinə də daha çox diqqət yetirilməsinin vacib olduğunu bildirib.

Elmar

Gununsesi.info