Şəmkirdə 11 nəfər qidadan zəhərləndi

Şəmkir rayonunda qidadan kütləvi zəhərlənmə faktı qeydə alınıb. 

Gununsesi.info xəbər verir  ki, restoranlardan birində zəhərlənən 11 nəfər xəstəxanaya yeləşdirilib.

Mədinə İsmayılova (1995), Sevil Cəlilova (1994), Gülbəniz Cəlilova (1973), Leyla Qurbanova (2007), Rüfət Qurbanov (1999), Türə Daşdəmirova (1999), Famil İsgəndərov (1994), Aysu Abbasova (2015), Rüxsarə İsgəndərova (1967), Fatimə İsgəndərova (1999)  və onun həm yaşıdı Rasim Şirininov qida zəhərlənməsi diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, həmin şəxslər məclisdə yedikləri salatdan zəhərləniblər.

Faktla bağlı araşdırma başlanılıb.(Qafqazinfo)

Gununsesi.info