Qobustan rayonunda örüş-otlaq sahələrinin qanunsuz olaraq əkilməsi faktı üzrə Qobustan rayon polis şöbəsində cinayət işi başlanıb.
Gununsesi.info-nun məlumatına görə, bu cinayəti törədən şəxs Qobustan rayonu Göydərə kənd sakini Mustafayev Pərvaz Ağababa oğludur.
Adıçəkilən şəxs Cinayət Məcəlləsinn 188.1-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi üzrə istintaq tərəfindən dindirilib.
Örüş-otaq sahələrinin qanunsuz şumlanması ilə bağlı şikayətçi olan kənd sakinləri isə yeni sürprizlə üzləşib.
Belə ki, Qobustan rayon Polis Şöbəsi rəsinin sabiq müavini Güloğlan Hümbətov (Pərvaz Mustafayevin xalası oğlu) polisə gedərək, örüş-otlaq sahələrini özünün şumlatdığını etiraf edib.
Kənd sakinləri isə iddia edir ki, həmin ərazini Pərvaz Mustafayev əkib.
Sakinlər bildirir ki, ortada onun məsuliyyətdən yayındırılması niyyəti durur. Bu işin arxasında isə Qobustan rayon məhkəməsinin sədri Samir Mayılov dayanır.
Çünki, Samir Mayılovla Pərvaz Mustafayevlə yaxın əlaqələri var.
Hətta onların birlikdə fermer təsərrüfat qurmasına dair də məlumatlar var.
Məhz bu cür işlərə görə məhkəmə sədrinin adı indiyədək kənd sakinlərinin üzləşdiyi bir sıra qanunsuzluqlarda hallanıb.
Hətta bu barədə media orqanlarında da materiallar dərc olunub.
Məhz buna görə də Pərvaz Mustafayev Qobustan rayon Məkəməsinin qarşısında yerli sakinlər – Poladov Bəhruz Əlifxan oğlunun, Gülalıyev Faiq Gülalı oğlunun və digərlərinin yanında uca səslə lüzumsuz ifadələr işlədərək “mənə heç kim heç nə edə bilməz, Samir Mayılov imkan verməz ki, mən həbs edilim” deyə bəyan edib.
Kənd sakinlərindən olan şikayətçilərdən biri – Gülaliyev Faiq deyir ki, belə olan halda istintaqın ədalətli və obyektiv aparılmasına əsaslı şübhələr yaranır.
Onlar saytımız vasitəsilə hüquq-mühafizə orqanlarının rəhbərlərinə üz tutaraq, Pərvaz Mustafayev barəsində həmin işin nəzarətə götürülməsi və obyektiv araşdırılması üçün müvafiq göstəriş vermələrini xahiş edir.
Mövzuya qayıdacağıq.
Afət Abbasova












