Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 5 278 nəfərə yüksəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges “Telegram” kanalında məlumat yayıb.
Hökumətin gündəlik hesabatına əsasən, təbii fəlakət nəticəsində 16 740 nəfər yaralanıb, 17 907 nəfər isə evsiz qalıb. Bundan başqa, 190 bina tamamilə dağılıb, 856 tikiliyə ciddi ziyan dəyib.
Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 41 069 nəfərə tibb müəssisələrində yardım göstərilib. Ümumilikdə 128 324 ailəyə humanitar yardım çatdırılıb, 23 587 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib. Zərərçəkənlərə 10 964,97 ton ərzaq paylanılıb.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 40 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanların episentri Yarakuy ştatında, bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib. Fəlakətdən sonra 1 405 afterşok qeydə alınıb.











