Ölkə əhalisinin sayı açıqlandı

  • Müəllif: Firuzə
  • 21 İyul 2026 10:23

İlin əvvəlindən ölkə əhalisinin sayı 9287 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyun ayının 1-i vəziyyətinə 10271638 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Gununsesi.info