Azərbaycanda nikah və boşanmaların sayı azalıb

  • Müəllif: Firuzə
  • 21 İyul 2026 10:26

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk beş ayında 15107 nikaha daxilolma və 8087 boşanma halları qeydə alınıb.

Bu barədə Gununsesi.info-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirlib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

Gununsesi.info