Səhiyyə Nazirliyi “Vital Hospital”la bağlı araşdırmaya başladı

 Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Vital Hospital”da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb

Gununsesi.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkədə yayılan məlumat nazirliyin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir:

“Məsələ ilə bağlı araşdırma başlayıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb”.

Gununsesi.info