Almaniyanın yeni səfiri Bakıda

  • Müəllif: admin
  • 21 İyul 2026 11:10

 

Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri cənab Dirk Lölke artıq Bakıdadır.
Gununsesi.infonun xəbərinə görə bu barədə adıçəkilən ölkənin Bakıdakı səfirliyi məlumat yayıb.

“Qarşıdan gələn illərdə Almaniya -Azərbaycan  münasibətlərini daha da gücləndirməyə, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə həvəslə gözləyirəm“, – deyə bu gün Bakıdakı Almaniya Səfirliyində fəaliyyətinə başlayan Səfir Lölke bildirib.

Afət Abbasova

Gununsesi.info