Gəncə Şəhər Məhkəməsində hazırda həbsdə olan tanınmış vəkil Zabil Qəhrəmanovun cinayət işi üzrə proses keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, məhkəmə prosesi qalmaqallarla müşahidə olunub.
Belə ki, prosesə sədrlik edən hakim Ülkər Babazadə müdafiə tərəfinin çıxışı zamanı onları dinləməməsi, qaş-göz hərəkətləri ilə onlara ironiya etməsi diqqətdən yayınmayıb.
Bütün bunlara isə Zabil Qəhrəmanov və müdafiəçiləri etiraz edib.
Proseslə bağlı Zabil Qəhrəmanovun vəkil Səadət Seyidli Gununsesi.info-ya açıqlama verib.
O bildirib ki, məhkəmə prosesi başladığı andan hakim vəsatətlərimizə baxmadan, qulaq asmadan “mən nə deyirəmsə, elə də olmalıdır” ab-havası yaratmışdı:
“Məhkəmə tərkibinin dəyişilməsi üçün etiraz etdik. Çünki hazırlıq iclasında qərar qəbul edilmişdi. Həmin qərar qəbul ediləndə əsaslandırma hissəsi başqa idi, nəticə başqa. Əsaslandırma hissəsində məsələ bu idi ki, ekspertizanın keçirilməsi ilə bağlı qaldırdığımız vəsatət saxlanılsın. Ancaq nəticə hissəsində rədd edilsin deyə elan edildi. Hazırlıq iclasında isə bu məsələlərin heç biri yoxdur. Bu, birbaşa olaraq hakimin qərəzidir. Təsəvvür edin ki, hakim biz danışanda üzünü-gözünü əyir, bizə kinayə ilə baxırdı”, – deyə vəkil Səadət Seyidli bildirib.
Elmar











