Şahbaz Şərif Azərbaycan səfiri ilə görüşdü - FOTO

  • Müəllif: Firuzə
  • 30 İyul 2026 13:44

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkədəki diplomatik fəaliyyətini başa vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə diplomat öz sosial şəbəkə hesabında paylaşım edib.

O, Pakistan Baş naziri Şahbaz Şəriflə görüşüb.

X. Fərhadov Şahbaz Şəriflə görüşməkdən böyük şərəf duyduğunu bildirib:

“Qardaş ölkələrimiz bütün əməkdaşlıq sahələrində strateji tərəfdaşlığı daim daha da yüksək səviyyəyə qaldıracaqlar. Yaşasın dostluq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2021-ci il sərəncamı ilə Xəzər Fərhadov Pakistana səfir təyin edilib.

Şahbaz Şərif Azərbaycan səfiri ilə görüşdü

Gununsesi.info