Azərbaycanın Pakistandakı səfiri diplomatik fəaliyyətini başa çatdırır

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov diplomatik fəaliyyətini başa çatdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə diplomat “X” topluluq şəbəkəsindəki hesabında paylaşım edib.

Xəzər Fərhadov bildirib ki, Pakistanın Baş naziri Şahbaz Şəriflə vida görüşü keçirib.

“Pakistanın Baş naziri Şahbaz Şərifə vida səfəri etmək mənim üçün böyük şərəf idi. Qardaş ölkələrimiz bütün əməkdaşlıq sahələrində strateji tərəfdaşlığı daim daha da yüksək səviyyəyə qaldıracaqlar”, – deyə diplomat paylaşımında qeyd edib.

 

 

Vüsal

Gununsesi.info