Aqşin Yenisey: “Küçədə yandırılan Quran evlərdə servantın üstündə saxlanılan Qurandan daha güclüdür”

  • Müəllif: Orxan
  • 30 İyul 2026 15:41

Yazıçı və publisist Aqşin Yenisey din, müqəddəslik və həqiqət anlayışları ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, “müqəddəslik üçün istənilən əks fikir təhqirdir” və bunu “qədim kahin strategiyası” kimi xarakterizə edib.

Aqşin Yeniseyin fikrincə, “qaragüruh həqiqətin özünə deyil, onun müqəddəsliyinə inanır”.

Müəllif qeyd edib ki, həqiqət yalnız mübahisə və etirazla yaşaya bilir:

“Halbuki həqiqət təhqir olunmadıqda unudulur. Həqiqəti həqiqət edən ona yönələn təhqirin həşiridir”.

Yazıçı fikirləri daha sərt müqayisə ilə tamamlayıb:

ƏKüçədə yandırılan Quran evlərdə servantın üstündə saxlanılan Qurandan daha güclüdür”.

Elmar

Gununsesi.info