Nəriman Həsənzadə ilə vida mərasiminin vaxtı açıqlanıb

  • Müəllif: Orxan
  • 01 Avqust 2026 12:13

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasiminin keçiriləcəyi vaxt məlum olub.

Gununsesi.info xəbər verir ki, vida mərasimi sabah – avqustun 2-də saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Mərasimdən sonra mərhum Xalq şairi saat 13:00-da I Fəxri xiyabanda dəfn olunacaq.

12:07

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq.

Bu barədə Gununsesi.info-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Məlumata görə, mərasim başa çatdıqdan sonra Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq.

Gununsesi.info