Hikmət Hacıyevdən Əlifba Günü ilə bağlı paylaşım

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” səhifəsində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə paylaşım edib.

Gununsesi.info xəbər verir ki, paylaşımda deyilir:

“1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Ana dilimiz milli kimliyimizin, dövlətçiliyimizin və mədəni irsimizin əsas dayaqlarından biridir. Dilimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin məsuliyyətidir”.