İran-Oman danışıqları yekun mərhələsinə yaxınlaşıb -Əraqçi

  • Müəllif: Firuzə
  • 02 Avqust 2026 21:27

İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazında gəmiçiliyə dair İran və Oman arasında aparılan danışıqlarda irəliləyiş əldə olunduğunu və prosesin yekun mərhələsinə çatdığını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Əraqçinin rəsmi “Telegram” kanalında dərc olunub.

Abbas Əraqçinin sözlərinə görə, hökumətin bugünkü iclasının əvvəlində o, İran və Oman arasında davam edən danışıqların gedişi barədə hesabat təqdim edib.

Nazir bildirib ki, tərəflər danışıqlarda əhəmiyyətli irəliləyiş əldə ediblər və proses artıq yekun mərhələsinə yaxınlaşıb.

Gununsesi.info