Azərbaycanda yaradılmasından uzun müddət keçməsinə baxmayaraq rəhbəri hələ də təyin olunmayan rayon icra hakimiyyətlərindən biri Ağdərə Rayon İcra Hakimiyyətidir.
Gununsesi.info xəbər verir ki, Ağdərə Rayon İcra Hakimiyyəti Prezident İlham Əliyevin 2023-cü ilin dekabrında imzaladığı sərəncamla yaradılıb.
Həmin sənəddə rayonun idarəetmə strukturunun formalaşdırılması nəzərdə tutulub. Eyni zamanda, Nazirlər Kabinetinə qurumun fəaliyyəti üçün maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması tapşırılıb.
Lakin sərəncamın imzalanmasından xeyli vaxt keçməsinə baxmayaraq, Ağdərə Rayon İcra Hakimiyyətinə hələ də başçı təyin edilməyib.

Qeyd edək ki, başçı təyinatının gecikməsinin səbəbi ilə bağlı indiyədək rəsmi açıqlama verilməyib. Rayon İcra Hakimiyyətinin tam fəaliyyətə başlayacağı tarix də məlum deyil.
Nəzərə alsaq ki, Ağdərə işğaldan azad edilmiş ərazilərdə yaradılan yeni rayonlardan biridir, burada yerli idarəetmə sisteminin tam formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Buna baxmayaraq, Ağdərə Rayon İcra Hakimiyyətinə başçı təyinatının nə vaxt həyata keçiriləcəyi hələ də açıqlanmayıb.
Şəbnəm Rəhimova












