Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 11 806 vətəndaş müraciəti cavablandırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.
Müraciətlərin 4 566-sı ünvanlı dövlət sosial yardımı, 2 313-ü pensiya təyinatı, 2 920-si sosial müavinət və təqaüd, 207-si sosial sığorta və fərdi uçot, 1 800-ü isə digər istiqamətlər üzrə olub.












