Elm və təhsil naziri Emin Əmrullayev avqustun 28-də Xankəndi şəhərində vətəndaş qəbulu keçirəcək.
Bu barədə Gununsesi.info-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulda Xankəndi, Xocalı və Ağdərə sakinləri iştirak edə biləcəklər.
Adıçəkilən şəhər və rayonların sakinləri avqustun 14-ü saat 18:00-dək Elm və Təhsil Nazirliyinin 146-11 nömrəli Çağrı Mərkəzinə (yalnız iş günləri və iş saatlarında) zəng etməklə qəbula yazıla bilərlər.
Bununla yanaşı, müraciətləri nazirliyin rəsmi internet saytının əlaqə bölməsi vasitəsilə elektron qaydada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” üzərindən göndərmək mümkündür.
Nazirlikdən bildirilib ki, qəbulda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.












