“Brent” bahalaşdı

  • Müəllif: Firuzə
  • 04 Avqust 2026 09:10

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin oktyabr müqaviləsinin dəyəri 1,36% artaraq 1 barelə görə 84,91 ABŞ dolları təşkil edib.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin sentyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 1,02% artaraq 81,16 ABŞ dollarına bərabər olub.

Gununsesi.info