Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nikol Paşinyana yenidən Ermənistan Baş naziri təyin olunması münasibətilə təbrik məktubu göndərib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qazaxıstan liderinin məktubunda deyilir:
“Sizə göstərilən yüksək etimad məsuliyyətli dövlət vəzifəsindəki fədakar işinizdən irəli gələn təbii nəticədir. Bu, ölkə vətəndaşlarının rifahının yüksəldilməsinə və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strateji istiqamətinizə geniş ictimaiyyətin dəstəyinin əyani sübutudur.
Qazaxıstanda siz Qazaxıstan-Ermənistan strateji tərəfdaşlığının daha da fəallaşdırılması və genişləndirilməsində səmimi maraq göstərən görkəmli dövlət xadimi kimi tanınırsınız. Əminəm ki, birgə səylərlə nailiyyətlərimizi daha da artıracaq, Qazaxıstan və Ermənistanın çoxşaxəli dövlətlərarası münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldıracağıq”.












