Moskva bölgəsində dron həyəcanı elan edilib

  • Müəllif: Orxan
  • 05 Avqust 2026 14:46

Moskva bölgəsində dron həyəcanı elan edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Moskva bölgəsi üçün Vahid Dövlət Fövqəladə Halların Qarşısının Alınması və Ləğv Edilməsi Sistemi (RSChS) Max mesajlaşma tətbiqi vasitəsilə məlumat verib.

Bölgə sakinlərinə evdə qalmaları, pəncərələrdən uzaq durmaları və ya sığınacaq axtarmaları tövsiyə edilib.

Vətəndaşlara mobil internet xidmətində mümkün fasilələr barədə də xəbərdarlıq edilib.

Maqsud

Gununsesi.info