Aktyor, rejissor və prodüser Hikmət Rəhimov Uilyam Şekspirin məşhur “Hamlet” əsəri əsasında hazırlanan yeni tamaşa ilə bağlı paylaşım edib.
Gununsesi.info -nun xəbərinə görə, Rəhimov bildirib ki, 400 ildən artıqdır insanlara “Sən kimsən, nə istəyirsən və niyə?” suallarını verən əsəri səhnəyə gətirmək onun üçün xüsusi məsuliyyətdir.
Quruluşçu rejissor CHEVUEGARA-nın sözlərinə görə, tamaşanı hazırlayarkən əsas məqsədi Şekspirə hörmət etmək, eyni zamanda onun qarşısında “qorxmamaqdır”.
“Bir rejissor kimi, bu tamaşanı qurarkən mənim üçün ən böyük məsələ Şekspirə hörmət edib, eyni zamanda ondan qorxmamaqdır. Qalanını tamaşa deyəcək”, – deyə qeyd olunub.
“Hamlet” tamaşası dekabrın 15-i və 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq.
Tamaşanın biletləri artıq İticket.az saytında satışdadır.
Tamaşanın prodüseri Hikmət Rəhimov, quruluşçu rejissoru isə CHEVUEGARA-dır.
Tamaşada Cahangir Zeynal Novruzov, Fuad Poladov, Hikmət Rəhimov, Dilarə Əliyeva, Ayşad Məmmədov, Oqtay Mehdiyev, Rasim Cəfər, Cavidan Novruz, Rasimə Abbasova, Aydan Həsənzadə, Elşən Rüstəmov, Vaqif Kərimov və Natiq Fərzəliyev rol alırlar.
Yaradıcı heyətdə xoreoqraf Pərvin Nəcəfova, bəstəkarlar Nigar Hüseynli və Vaqif Hacıyev, qrim rəssamı Nərminə Mirzəliyeva, dizayner Cahangir Zahirov, işıq üzrə rəssam Vadim Fikrətoğlu, səs rejissoru Zaur Rəşidov, geyim rəssamı Günay Babayeva və digər mütəxəssislər yer alır.
Döyüş səhnələrinin hazırlanmasına Sain Fərhad, şaman musiqilərinə isə Qafar Qənizadə cavabdehdir.
Hikmət Rəhimov fikirlərinim sonunda daha əvvəl “Nəsə yaxşı bir şey olsa, dəstək olarıq, çağırın gələk” deyənləri tamaşaya dəstək olmağa çağırıb.
“Vaxt gəldi!” – deyə aktyor müraciət edib.
Elmar
Gununsesi.info











